Sədaqət Qəhrəmanova universitetlərdə idarəetmə dərslərinin tədrisini təklif edib

Milli Məclis
  • 04 mart, 2026
  • 17:06
Sədaqət Qəhrəmanova universitetlərdə idarəetmə dərslərinin tədrisini təklif edib

Azərbaycanın ali təhsil müəssisələrinin bütün fakültələrində idarəetmə dərslərinin keçirilməsi təklif olunub.

"Report" xəbər verir ki, bu təkliflə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Milli Məclisdə bu gün keçirilən "Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər" mövzusunda ictimai dinləmədə çıxış edib.

Onun sözlərinə görə, idarəetmə özü bir elmdir:

"Ona görə də ölkədəki universitetlərin bütün fakültələrində idarəetmə dərsləri keçirilməsi yaxşı olardı".

44 - Tezliklə