Həmsədr: “Avropa İttifaqı ilə birgə qəbul olunan bəyanatda Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunur”
- 08 may, 2018
- 10:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 may. REPORT.AZ/ “Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasında qəbul edilən bəyanatda Dağlıq Qarabağ münaqişəsinin regionda vəziyyəti qeyri-sabit saxlamaqda rol oynadığı qeyd olunub, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasına, Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunur”.
“Report”un xəbərinə görə, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasından sonra keçirilən mətbuat konfransında komitənin həmsədri Cavanşir Feyziyev deyib.
O bildirib ki, yekun sənəddə həm də Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurdlarından qaçqın və məcburi köçkün düşmüş insanların hüquqlarının qeyd-şərtsiz təmin olunması maddəsi də öz əksini tapır: “Sənəddə Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı ilə bağlı müddəa da əksini tapıb".