Rostropoviç və həyat yoldaşının əşyaları 4,6 milyon dollara hərraca çıxarılacaq

Mədəniyyət
  • 11 oktyabr, 2018
  • 12:21
Rostropoviç və həyat yoldaşının əşyaları 4,6 milyon dollara hərraca çıxarılacaq

Bakı. 11 oktyabr. REPORT.AZ/ Rusiyalı opera müğənnisi Qalina Vişnevskayanın və onun dünya şöhrətli violençel ifaçısı həyat yoldaşı Mstislav Rostropoviçin şəxsi kolleksiyasında olan əşyalar "Sotheby's" hərracına çıxarılacaq.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Qeyd olunur ki, kolleksiya 300-dən çox incəsənət əsəri, mebellər, zinət əşyaları, kitablar və M.Rostropoviçin ifa etdiyi musiqi alətlərindən ibarətdir. Əşyaların ümumi dəyəri 3,5 milyon funt sterlinq (4,6 milyon ABŞ dolları) dəyərində qiymətləndirilir.

"Hərrac onların inanılmaz birgə həyatına nəzər salmaq imkanı verəcək" - "Sotheby's" hərrac evinin bəyanatında deyilir.

44 filmi