VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu münasibətilə fləşmob keçirilib

Mədəniyyət siyasəti
  • 23 oktyabr, 2026
  • 12:20
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu münasibətilə fləşmob keçirilib

Bakıda 27-29 oktyabr tarixlərində "Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülər qurmaq" devizi altında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.

Mədəniyyət Nazirliyindən "Report"a bildirilib ki, bu münasibətlə oktyabrın 22-də Dənizkənarı Milli Parkda Forumun təşkilati işlərində fəal iştirak edəcək 1500-dən çox könüllünün qatıldığı fləşmob təşkil olunub.

Tədbirin əsas məqsədi gənclərin birliyini, həmrəyliyini və fəallığını nümayiş etdirmək, həmçinin mədəniyyətlərarası dialoq, qarşılıqlı anlaşma və sülh dəyərlərini təşviq edərək bu mesajları geniş auditoriyaya çatdırmaqdır.

Yüksək enerji və komanda ruhu ilə seçilən fləşmob gənclərin ortaq dəyərlər ətrafında birləşməsini nümayiş etdirməklə yanaşı, Forumun ideya və məqsədlərinə də diqqət çəkib.