Səadət Yusifova: Azərbaycan mədəni və yaradıcı sənaye üzrə 133 ölkə arasında 47-ci yerdə qərarlaşıb

Mədəniyyət siyasəti
  • 19 may, 2026
  • 14:36
Səadət Yusifova: Azərbaycan mədəni və yaradıcı sənaye üzrə 133 ölkə arasında 47-ci yerdə qərarlaşıb

Mədəni və yaradıcı sənayelərin ÜDM-də payına görə Azərbaycan 2025-ci il üzrə "Global Entertainment and Media Outlook" hesabatında 133 ölkə arasında 47-ci yerdə qərarlaşıb.

"Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi və Dayanıqlı Şəhər İnkişafı" adlı müzakirədə deyib.

Onun sözlərinə görə, beynəlxalq əməkdaşlıq Azərbaycanın prioritet istiqamətlərindən biri olaraq qalır:

"Bu kontekstdə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Bakı şəhərinin Dizayn, Şəki şəhərinin Sənətkarlıq, Lənkəran şəhərinin isə Qastronomiya sahələri üzrə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil olması ölkəmizin yaradıcı potensialının, mədəni müxtəlifliyinin və dayanıqlı şəhər inkişafına verdiyi töhfənin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir".

44 filmi