İCESCO-nun ofis direktoru: Üzeyir bəy yaradıcılığı bütün dünyaya bir daha sübut edir ki, musiqinin dili olmur

Mədəniyyət siyasəti
  • 19 sentyabr, 2026
  • 10:43
İCESCO-nun ofis direktoru: Üzeyir bəy yaradıcılığı bütün dünyaya bir daha sübut edir ki, musiqinin dili olmur

İCESCO ilə Azərbaycan arasında çox güclü əməkdaşlıq mövcuddur.

"Report"un məlumatına görə, bunu İCESCO-nun Azərbaycandakı Regional Ofisinin Direktoru Abdulhakeem Alsenan Bakıda XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, Bakı Ofisi bu əməkdaşlığın inkişafında xüsusi rol oynayır.

Direktor qurultayın Üzeyir Hacıbəyov irsinin yad edildiyi ərəfədə keçirilməsinin təsadüfi olmadığını qeyd edib.

"Üzeyir Hacıbəyov Azərbaycanın müasir musiqi kimliyini formalaşdırıb. O bizə nümayiş etdirib ki, mədəniyyət milli kimliyi qorumaq üçün ən fundamental anlayışdır. Üzeyir bəy yaradıcılığı bütün dünyaya bir daha sübut edir ki, musiqinin dili olmur. Musiqi ümumbəşəridir".