Bakıda Rusiya-Ukrayna müharibəsinin 3-cü ildönümünə həsr edilən filmin nümayişi olub

Mədəniyyət siyasəti
  • 27 fevral, 2025
  • 19:42
Bakıda Rusiya-Ukrayna müharibəsinin 3-cü ildönümünə həsr edilən filmin nümayişi olub

Bakıda Rusiya-Ukrayna müharibəsinin 3-cü ildönümünə həsr olunmuş və Polşa istehsalı olan “İnsanlar” filminin nümayişi baş tutub.

“Report” xəbər verir ki, tədbir Polşanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

Film müharibənin nəticələrinə və onun mülki əhalinin həyatına dağıdıcı təsirinə həsr edilib.

Filmin nümayişində Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo salamlama nitqi ilə çıxış edib.

“Bu, Rusiyanın hərbi təcavüzünün sadə ukraynalılar üçün fəsadlarından bəhs edən ilk bədii filmlərdən biridir. Aktyorların çoxu ukraynalılardır, öz ana dillərində çıxış ediblər. 2022-ci il fevralın 24-dən sonra Ukraynada film çəkmək qeyri-mümkündür”, - o deyib.

44 filmi