Bakıda Özbəkistan dekorativ-tətbiqi və xalq sənət nümünələri sərgisi keçiriləcək

Mədəniyyət siyasəti
  • 23 avqust, 2017
  • 10:11
Bakıda Özbəkistan dekorativ-tətbiqi və xalq sənət nümünələri sərgisi keçiriləcək

Bakı. 23 avqust. REPORT.AZ/ Bakıda bu il sentyabrın 6-10-da Özbəkistan dekorativ-tətbiqi və xalq sənət nümünələri sərgisi keçiriləcək.

Özbəkistanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, sərgi Özbəkistanın Xalq Ustaları Assosiasiyasının nümayəndələri, sənətkarları və rəssamlarının iştirakı ilə keçiriləcək.

Tədbir Bakının mərkəzindəki ticarət mərkəzlərindən birində baş tutacaq.