Azərbaycanda Özbəkistan mətbəxi həftəsinin qalibləri mükafatlandırılıb

Mədəniyyət siyasəti
  • 29 sentyabr, 2022
  • 16:52
Azərbaycanda Özbəkistan mətbəxi həftəsinin qalibləri mükafatlandırılıb

Azərbaycanda Özbəkistan mətbəxi həftəsi festival-müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Özbəkistanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.

Azərbaycanda Özbəkistan mətbəxi həftəsi hər il peşəkar və həvəskar kulinarlar, fud-blogerlər arasında müsabiqə formasında keçirilir. Müsabiqədə Azərbaycan və Özbəkistan xalq rəqsləri, eləcə də özbək yeməkləri nümayiş etdirilib.

Bu tədbir Özbəkistanın Müstəqillik Günü və Azərbaycanla diplomatik münasibətlərin qurulmasının ildönümünə həsr olunub.