Goranboy sakini evinin dam örtüyünü bayrağa bürüyüb - FOTO
Maraqlı
- 19 mart, 2017
- 06:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Goranboy. 19 mart. REPORT.AZ/ Goranboy rayon sakini evinin dam örtüyünü bayrağa bürüyüb.
"Report"un Qərb bürosunun məlumatına görə, Şadlı kənd sakini, 47 yaşlı İlham Hüseynov övladının istəyi ilə yaşadığı evin dam örtüyünü yeniləyən zaman orada üçrəngli Azərbaycan bayrağı və ay-ulduzu əks etdirib.
Dəmirdən olan örtüyü ev sahibin qardaşı inşa edib. Beləliklə, əmisi 15 gün müddətində İlyas Hüseynovun arzusunu reallaşdırıb. Şadlı sakini kəndə ilk dəfə gələnlərin dam örtüyünün necə hazırlanması, çəkilən xərclə maraqlandığını deyir.
Bayraq formasında dam örtüyünü hazırlamaq üçün lazım olan materiallar Gəncə şəhərindən sifariş edilib. Ev sahibi övladının arzusunun reallaşması üçün isə 2500 manat xərc çəkib.
Son xəbərlər
16:45
Monteneqro 2028-ci ilin sonunadək Aİ-nin üzvü olmağı hədəfləyir
Digər ölkələr
16:44
Foto
Azərbaycan ICOMOS-un 23-cü Baş Assambleyasına ev sahibliyi edəcək
Turizm
16:40
Foto
Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub
Xarici siyasət
16:39
Foto
Bakıda keçiriləcək U-15 dünya çempionatı və festivalından əvvəl Azərbaycan yığmasının açıq məşqi olub
Futbol
16:36
Foto
İtaliya şirkətlərinin Azərbaycanda istehsal layihələrində iştirakı müzakirə edilib
Biznes
16:30
Ukrayna əhalisinin sayı 28.5 milyon nəfərə düşüb
Region
16:30
ING: Azərbaycanın nominal ÜDM-i 2026-cı ildə 81 milyard dolları ötəcək
Maliyyə
16:28
ING Azərbaycanın cari əməliyyatlar hesabının profisiti üzrə 2029-cu ilədək olan proqnozunu açıqlayıb
Maliyyə
16:27
"Mançester Yunayted" Yulian Naqelsmannı baş məşqçi postuna namizəd kimi nəzərdən keçirir
Futbol