Alp dağlarındakı məşhur Mavi göl quruyaraq Yer üzündən silinib - FOTO
Maraqlı
- 25 oktyabr, 2018
- 23:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 oktyabr. REPORT.AZ/ Alp dağlarında, 1853 metr hündürlükdə yerləşmiş məşhur "Adzurro" gölü (Mavi göl) quruyaraq yoxa çıxıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, İtaliyada yerli sakinlər gölün yoxa çıxması barədə xəbəri eşidərkən məyus olublar.
Məlumata görə, buna səbəb havaların rekord dərəcədə isti keçməsi və yağıntının az olması olub. Göl Sondrioa vilayətində yerləşib.
Su hövzəsinin yoxa çıxmasını Marko Puqlize fotokameranın lentinə alıb. Onun çəkdiyi bir neçə fotoda gölün quruduğu əks olunub.
İtalyan şair Cozue Karduçço bir zamanlar onun gözəlliyini tərənnüm edib. Ölkənin Ətraf Mühiti Müdafiə Fondu isə gölü "Unudulması mümkün olmayan yer" siyahısına daxil edib.
Son xəbərlər
06:53
Kim Çen In Şimali Koreyanın yeni hərbi gəmisinin tikintisini yoxlayıb
Digər ölkələr
06:35
ABŞ-də Konqresə aralıq seçkilərdə demokratlar liderlik edir – Yenilənir
Digər ölkələr
06:25
"Politico": AK Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı "ehtiyatlı" plan hazırlayır
Digər ölkələr
06:09
Tramp: Rusiya və Ukrayna razılaşmaya yaxındır
Digər ölkələr
05:14
Rusiyanın cənubunda "Ozon" logistika mərkəzində dron hücumundan sonra yanğın olub
Region
04:47
Ağdaş və Göyçayın bir sıra ərazilərində bu gün işıq olmayacaq
Energetika
04:28
Tramp: ABŞ-nin yaxın vaxtlarda İrana zərbə endirmək planı yoxdur
Digər ölkələr
03:54
"Qalatasaray" "Ştutqart"la matçda fərqlənən Batrakovla müqaviləyə yenidən baxacaq
Futbol
03:18
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır
Digər ölkələr