Vergilər Nazirliyi: "Bu il e-qaimə-fakturalar üzrə 14,1 mln. manatlıq əməliyyat aparılıb"
Maliyyə
- 23 may, 2018
- 04:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 may. REPORT.AZ/ “2018-ci ilin may ayına olan məlumata əsasən, cari ilin ötən dövrü ərzində e-qaimə-fakturaların sayı ümumilikdə 2 milyon 651 min 795 ədəd olub”.
“Report” xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi Risklərinin Təhlili və Nəzarəti Departamentinin əməkdaşı Emil Əzizli deyib.
E.Əzizlinin sözlərinə görə, e-qaimə-fakturaların əksəriyyəti Bakı şəhəri ərazisinin payına düşür:
“Bu e-qaimə-fakturalardan 2 milyon 421 min 745 ədədi (91,32%) Bakı şəhəri, 230 min 050-si (8,68%) isə ərazilərin payına düşür. Təqdim olunan e-qaimə-fakturalar üzrə əməliyyatların məbləği 14,1 mln. manat olub”.
Bu hər e-qaimə-faktura üzrə ortalama 5,32 manatlıq əməliyyat aparılması deməkdir.
Son xəbərlər
02:00
Çempionlar Liqası: "Mançester Siti" çətin qələbə qazanıb, "Komo" səfərdə 9 qolla qalib gəlib
Futbol
01:54
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub - Yenilənib-7
Futbol
01:16
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
Digər ölkələr
01:05
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr
00:53
"Benfika" FIBA Avropa Kubokunda "LANDAU Lions"a qalib gəlib
Komanda
00:35
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
Digər ölkələr
00:09
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır
Digər ölkələr
23:52
Ukrayna Brüsseldə tərəfdaşları ilə müharibədən sonrakı bərpa planını müzakirə edib
Digər ölkələr
23:31
Naxçıvanda ilk dəfə torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı həyata keçirilib
Sağlamlıq