"UBS Asset": ABŞ dolları azı 25 il ərzində yığımlarda dominant olacaq
Maliyyə
- 16 oktyabr, 2019
- 11:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünyanın mərkəzi banklarında çalışan menecerlərin 66%-i yaxın 25 il ərzində ABŞ dollarının valyuta ehtiyatlarının saxlanılması üçün dominant olacağını düşünür.
"Report" xəbər verir ki, bu qənaətə "UBS Asset" şirkəti 30 mərkəzi bankın iştirakı ilə apardığı araşdırmadan sonra gəlib.
Hazırda dollar qlobal mərkəzi bankların 11,7 trilyon dollarlıq valyuta ehtiyatının, təxminən, 62%-ni təşkil edir. Yaxın gələcəkdə Çin yuanının bu payın bir hissəsini "ələ keçirəcəyi" gözlənilir. Belə ki, sorğuda iştirak edən menecerlərin 38%-i növbəti 25 il ərzində yuanın dollar və yaxud avro səviyyəsində ehtiyat valyuta olacağını gözləyir. Yeri gəlmişkən, hazırda avronun yığımlarda payı, təxminən, 20%-dir.
Son xəbərlər
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region