Tşvane su və elektrik enerjisi təchizatı layihələri üçün investorlar və texniki tərəfdaşlar axtarır

Maliyyə
  • 20 may, 2026
  • 17:33
Tşvane su və elektrik enerjisi təchizatı layihələri üçün investorlar və texniki tərəfdaşlar axtarır

Tşvane Şəhər Dairəsi (Cənubi Afrikanın paytaxtının yerləşdiyi dairə) iyun ayında beynəlxalq ictimaiyyətə su və elektrik enerjisi təchizatı, mənzil tikintisi və şəhər infrastrukturunun inkişafı sahələrində investisiya layihələrini təqdim etmək niyyətindədir.

"Report" xəbər verir ki, bunu Tşvane şəhərinin icraçı meri Nasifi Moya Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Maliyyə cəhətdən cəlbedici bələdiyyələr, rahat şəhərlər. Şəhərlər lazımi miqyasda uzunmüddətli maliyyə vəsaitini necə cəlb edə bilər?" adlı panel müzakirəsində bildirib.

"İyunun 29-da şəhərimizdə infrastruktur investisiya sammiti keçiriləcək. Tədbir çərçivəsində bütün iştirakçılara su təchizatı, elektrik enerjisi təchizatı, mənzil tikintisi və şəhər infrastrukturunun modernləşdirilməsi sahələrinə sərmayə qoymaq üçün layihələr nümayiş etdiriləcək.

Biz reallığımızı dərk edən və lap əvvəldən bizimlə birlikdə işləmək niyyətində olan tərəfdaşlarla əməkdaşlığa hazırıq. Eyni zamanda, biz təkcə maliyyə dəstəyinə arxalanmırıq - texniki ekspertiza da bizim üçün son dərəcə vacibdir, çünki biz əvvəllər qarşılaşmadığımız vəzifələrin həllinə başlayırıq. Tşvane yüksək dərəcədə sosial bərabərsizliyi olan bir şəhərdir və hər hansı bir tərəfdaşlıq ən həssas vətəndaşlarımızın ehtiyaclarını nəzərə almalıdır", - mer vurğulayıb.

44 filmi