Samir Şərifov: "Dövlət idarəetmə orqanlarında islahatlar nəticəsində 17 mln. manata qənaət olunub"

Maliyyə
  • 22 noyabr, 2017
  • 14:05
Samir Şərifov: Dövlət idarəetmə orqanlarında islahatlar nəticəsində 17 mln. manata qənaət olunub
Samir Şərifov

Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycanın dövlət idarəetmə orqanlarında həyata keçirilən islahatlar nəticəsində 17 mln. manatdan artıq dövlət vəsaitinin qənaətinə nail olunub.

"Report"un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin bugünkü plenar iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.

Nazir Rəşt-Astara dəmir yolunun inşasının maliyyələşdirilməsi üzrə aktiv işlər həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, kredit sazişi üzrə işlər yekunlaşmaq üzrədir.

Həmçinin nazir Lənkərandan keçən dəmir yolunun Xəzər dənizi kənarından köçürülməsi ilə bağlı işlərə hazırlıq görüldüyünü qeyd edib. Onun sözlərinə görə, həm "Azərbaycan Dəmir Yolları" QSC, həm də İqtisadiyyat Nazirliyi bu məsələ ilə yaxından məşğuldur.

S.Şərifov büdcədə sosial xərclərin azaldılması ilə bağlı deputatlar tərəfindən deyilən fikirlərlə razılaşmayıb. Onun sözlərinə görə, bu sahədə xərclər ən azı cari ilin səviyyəsində saxlanılıb: "Bir çox xərclər isə artırlıb. Xərclərin strukturuna baxdıqda məlum olur ki, əsasən, investisiya xərcləri artıb, artımın bir qismi də borca xidmətlə bağlıdır".

44 filmi