"S&P" Rusiya-Ukrayna münaqişəsinin Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib

Maliyyə
  • 25 iyul, 2022
  • 05:55
S&P Rusiya-Ukrayna münaqişəsinin Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib

Rusiya-Ukrayna münaqişəsinin Azərbaycan iqtisadiyyatına təsiri neftin qiymətindən kənar bəzi qeyri-müəyyənliklərə baxmayaraq məhdud görünür.

“Report” xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərinin “BB+/B” səviyyəsində təsdiq edilməsinə dair məlumatında deyilir.

“Rusiya Azərbaycanın idxal baxımından ən böyük ticarət tərəfdaşıdır və ən böyük idxal maddəsi buğda olmaqla ümumi mal idxalının 20 %-ni təşkil edir. Müharibədən əvvəl Ukrayna idxalın 4,5 %-ni təmin edib. Münaqişə, qida məhsulları da daxil olmaqla inflyasiyaya təkan versə də, hazırda tədarük zəncirində geniş yayılmış pozuntular və ya müəyyən malların çatışmazlığı kimi Azərbaycana daha geniş təsirləri görünmür”, - “S&P” qeyd dib.

Agentlik bildirib ki, Rusiya vətəndaşlarının Azərbaycana köçməsi və ya vəsaitlərinin köçürülməsi ilə bağlı bəzi təsdiqlənməmiş məlumatlar var, lakin “bunun makroiqtisadi effekti hələ də əhəmiyyətsizdir”.