OPEC Fondu: Mənzil proqramlarının genişləndirilməsinə tərəfdaşların cəlbi çətindir
- 20 may, 2026
- 13:30
Yeniliklərdən dərhal xəbərdar olun!
OPEC Fondu innovativ mənzil təşəbbüslərinin həyata keçirilməsi sahəsində əhəmiyyətli təcrübə toplayıb, lakin onların miqyasının genişləndiriməsi məsələsi əsas problemlərdən biri olaraq qalmaqdadır.
"Report"un məlumatına görə, bunu OPEC Fondunun innovativ maliyyələşdirmə şöbəsinin rəhbəri Valid Mehalayn Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal mənzil maliyyələşdirməsindən əlçatan mənzil üzrə yerli fəaliyyətə: qlobal inkişaf maliyyələşdirməsindən və subregional maliyyələşdirmədən istifadə" mövzusunda panel müzakirəsində bəyan edib.
V.Mehalain Sahel bölgəsində reallaşdırılmış "Nubiya qübbəsi" təşəbbüsünü - yerli tikinti materiallarından istifadə olunmaqla dayanıqlı mənzillərin inşası proqramını nümunə gətirib.
"Layihə müsbət nəticələr verib, lakin onun icra müddəti başa çatdıqdan sonra digər tərəfdaşlar bu təşəbbüsə qoşulmaq və onun miqyasının genişləndirilməsinə töhfə vermək istəməyiblər. Bu cür layihələrin genişləndirilməsi hələ də ciddi bir problem olaraq qalır", - o qeyd edib.