Moskvada bankomatdan 1 mln. rubldan çox pul oğurlanıb
Maliyyə
- 29 mart, 2017
- 08:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 mart. REPORT.AZ/ Moskvanın (Rusiya) cənub-qərb hissəsindəki bankomatlardan birindən naməlum şəraitdə 1 mln. rubldan (təxminən 30 min manat) çox pul oğurlanıb.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) paytaxt üzrə baş idarəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, Nazirliyin “02” nömrəli "Qaynar xətt"ə zəng vuran Rusiyanın bank şəbəkəsinə xidmət idarəsinin rəhbəri Moskvanın Profsoyuznaya küçəsində yerləşən bankomatdan oğurluq olduğunu bildirib. Hadisə yerinə gedən polis əməkdaşları 4 kaset pulun yoxa çıxdığını müəyyən ediblər. Faktla bağlı oğurluq maddəsi ilə cinayət işi açılıb.
Son xəbərlər
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region
00:52
Serbiya RSK parlament seçkilərinin nəticələrini təsdiqləyib
Digər ölkələr