Azərbaycanda güzəştli mənzil tikintisi üçün 130 milyon manatlıq istiqraz buraxılır - EKSKLÜZİV
Maliyyə
- 06 avqust, 2026
- 09:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC 130 milyon manatlıq istiqraz buraxır.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Agentlikdən bildirilib.
Məlumata görə, məqsəd güzəştli mənzil tikintisi layihələrini vaxtında icra etməkdir.
Söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 130 min ədəd istiqrazdan gedir. Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək.
Xatırladaq ki, MİDA MMC 11 aprel 2016-cı ildə yaradılıb, 17 may 2016-cı ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır.
Son xəbərlər
20:20
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
Digər ölkələr
20:06
Novak Cokoviç Bazeldəki ATP turnirində xüsusi dəvətlə iştirak edəcək
Fərdi
20:02
Video
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
Daxili siyasət
19:57
İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq
Digər ölkələr
19:49
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
Xarici siyasət
19:34
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
Xarici siyasət
19:33
Ukrayna yaxın vaxtlarda İsveçdən "Gripen" qırıcı təyyarələrinin tədarükünü gözləyir
Digər ölkələr
19:15
İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib
Daxili siyasət
19:14
Dünya çempionatı: Azərbaycanın U-23 minifutbol millisi üçüncü yer uğrunda matçda uduzub
Futbol