"Kapital Bank" "Mastercard" və "Visa"nın nizamnamə kapitalına 5 mln. manata yaxın pul qoyub
- 27 iyul, 2018
- 13:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 iyul. REPORT.AZ/ "Kapital Bank" ASC indiyə qədər digər hüquqi şəxslərin nizamnamə fonduna 6,129 mln. manat vəsait qoyub.
Bu barədə "Report" Maliyyə Bazarlarına Nəzarət Palatası yanında Məlumatların Elektron Açıqlanması sisteminə istinadən xəbər verir.
Məlumata görə, Bank "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin nizamnamə kapitalına 478 min manat, "Bakı Fond Birjası" QSC-nin nizamnamə kapitalına 60 min manat, "Mastercard"ın nizamnamə kapitalına 2,073 mln. manat, "Visa"nın nizamnamə kapitalına 2,768 mln. manat, "Azərbaycan Kredit Bürosu" MMC-nin nizamnamə kapitalına 250 min manat, yenicə yaratdığı "Birkart" MMC bank olmayan kredit təşkilatının (BOKT) nizamnamə kapitalına isə 500 min manat vəsait yatırıb.