Julien Labruyere: "Son 5 ildə SWIFT müştərilərini hədəf alan insident olmayıb"
- 25 noyabr, 2026
- 10:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Son beş ildə SWIFT infrastrukturunu və ya müştərilərini hədəf alan demək olar ki, heç bir insident olmayıb.
"Report" xəbər verir ki, bunu SWIFT-in Təhlükəsizlik Proqramları Əməliyyatlarının Rəhbəri Julien Labruyere Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumu çərçivəsində panel müzakirələrdə bildirib.
"Biz bu il yeni nəzarət tədbirlərini təşviq etməyə qərar verdik. Bilirik ki, son iki, üç ildə müştərilərimiz olduqca çox dəyişiklik və əhatə dairəsi baxımından olduqca çox yeniləmə ilə üzləşiblər. Buna görə də ideya ondan ibarət idi ki, stabilləşmə ilinə daxil olaq və müştərilərimizin nəzarət tədbirlərinə tam uyğunluğunu təmin edək", - o qeyd edib.
J.Labruyere qeyd edib ki, müştərilər öz qoşulma interfeyslərini daha yeni standartlara köçürməli olacaqlar: "Bu postkvant kriptoqrafiyaya davamlı alqoritmlər təklif edə bilmək üçün lazımdır. Təhdidlər çox sürətlə inkişaf edir. Buraya məsələn, yeni süni intellekt texnologiyaları nəticəsində yaranan təhdidlər daxildir. Birinci hədəfimiz bütün müştərilərimizin uyğunluq səviyyələrini təsdiq etmələrini və açıq-aydın yüksək uyğunluq dərəcəsinə nail olmalarını təmin etməkdir. Bunun üçün müxtəlif tədbirlərimiz var. Potensial olaraq yetkinlik balının yaradılması ilə müştəri təhlükəsizlik vəziyyətinin görünürlüyünü artıracağıq".