IMF: Azərbaycan iqtisadiyyatının artımı 2031-ci ildə 2,5 % təşkil edəcək

Maliyyə
  • 22 oktyabr, 2026
  • 10:11
IMF: Azərbaycan iqtisadiyyatının artımı 2031-ci ildə 2,5 % təşkil edəcək

Azərbaycanın 2031-ci ildə ümumi daxili məhsulunun (ÜDM) real artımı 2,5 % səviyyəsində proqnozlaşdırılır.

Bu barədə "Report" Beynəlxalq Valyuta Fondunun (IMF) Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə "Qeyri-müəyyənlik şəraitində naviqasiya: çətin dövrlərdə dayanıqlılığın gücləndirilməsi" adlı oktyabr ayına dair regional iqtisadi icmalına istinadən xəbər verir.

Bu proqnoz aprel qiymətləndirməsinə nisbətən dəyişməz qalıb. Bundan əlavə, IMF Azərbaycanın ÜDM-nin 2026-cı ildə 1,7 %, 2027-ci ildə isə 2,3 % artacağını proqnozlaşdırır.

Öz növbəsində, Azərbaycanın İqtisadiyyat Nazirliyi cari ildə ÜDM artımını 1,7 %, gələn il isə 2,7 % səviyyəsində qiymətləndirir. Bununla yanaşı, Azərbaycan Mərkəzi Bankı 2026-cı ildə iqtisadi artımın 0,5 %, 2027-ci ildə isə 2,6 % səviyyəsində olacağını gözləyir.

Qeyd edək ki, 2025-ci ilin yekunlarına görə Azərbaycan iqtisadiyyatının artımı 1,4 % səviyyəsində qeydə alınıb.