İbrahim Alışov: "Azərbaycanda kredit faizləri yüksək deyil"
Maliyyə
- 14 noyabr, 2019
- 09:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bu gün Azərbaycan banklarının təklif etdiyi kreditlərin faizləri qonşu ölkələrlə müqayisədə yüksək deyil”.
“Report” xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədr əvəzi İbrahim Alışov deyib.
Onun sözlərinə görə, hazırda yerli banklar istehlak kreditlərini orta hesabla illik 23%-lə, biznes kreditlərini isə illik 8%-lə təklif edir.
"Bununla belə, apardığımız təhlillər göstərir ki, bu gün bankların 8,2 milyard manat likvid vəsaiti var", - Palata rəhbəri əlavə edib.
İ.Alışov İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinə də diqqət çəkib: “Fond ötən il real sektora 17 milyon manat, bu ilin 9 ayında isə 40 milyon manat məbləğində dəstək verib”.
Son xəbərlər
18:59
Bu il Ukrayna Azərbaycana ən çox turist göndərən Şərqi Avropa ölkəsi olub
Turizm
18:50
Azərbaycan-Latviya iqtisadi əməkdaşlığının gücləndirilməsi müzakirə edilib
Xarici siyasət
18:47
Foto
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə ediblər
Xarici siyasət
18:46
Foto
Ramil Həsənlə Dövlət Baxçalı Azərbaycan-Türkiyə münasibətlərinin əhəmiyyətini vurğulayıblar
Xarici siyasət
18:45
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
Digər ölkələr
18:43
Naxçıvanda bu il 117 yeni müəssisə fəaliyyətə başlayıb
Biznes
18:33
Foto
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Xarici siyasət
18:27
Foto
Video
"Qərbi Azərbaycanın yaddaş yerləri": Daşkörpü sakinləri etnik təmizləməyə məruz qalıb
Daxili siyasət
18:24
Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edilib - Yenilənib
Hadisə