Hesablama Palatasının nümayəndə heyəti ASOSAI-ın XIV Assambleyasında və VII Simpoziumunda iştirak edib

Maliyyə
  • 26 sentyabr, 2018
  • 10:08
Hesablama Palatasının nümayəndə heyəti ASOSAI-ın XIV Assambleyasında və VII Simpoziumunda iştirak edib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Hesablama Palatası sədrinin müavini Adil Məhərrəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Ali Audit Qurumlarının Asiya Təşkilatının (ASOSAI) XIV Assambleyasında və VII simpoziumunun işində iştirak etmək məqsədilə Vyetnam Sosialist Respublikasının Hanoy şəhərində səfərdə olub.

“Report” bu barədə Palataya istinadən xəbər verir.

Birinci plenar iclasda ASOSAI-ın sonuncu assambleyasından sonra aparılmış fəaliyət haqqında ASOSAI-ın Baş Katibliyi adından Koreyanın AAQ-nın hesabatı, Ətraf mühit auditi üzrə İşçi Qrupun adından Çin AAQ-nın hesabatı, eləcə də ASOSAI jurnalının üç illik fəaliyyəti haqqında hesabat dinlənilərək qəbul olunmuşdur, həmçinin təşkilatın gələcək fəaliyyət istiqamətləri məsələləri müzakirə edilib və ASOSAI-ın 2019-2021-ci illər üçün büdcəsi təsdiq edilib.

Tədbirlər silsiləsinin ikinci günü “Dayanıqlı İnkişaf üçün Ətraf Mühitin Auditi” mövzusunda ASOSAI-nın 7-ci simpoziumu keçirilmişdir. Simpoziumda Yaponiya, İndoneziya, Çin, Avstraliya, Tayland, Banqladeş, Nepal və Vyetnam AAQ-larının nümayəndələri, həmçinin INTOSAI-ın İnkişaf Təşəbbüsü Təşkilatının (IDI) və Andlı Sertifikatlı Mühasiblər Assosiasiyasının (ACCA) təmsilçiləri məruzələrlə çıxış etmiş, mövzu ətrafında müzakirələr aparılmışlar. Natiqlər BMT tərəfindən təyin edilmiş 17 dayanıqlı inkişaf məqsədinə nail olmaq üçün milli hökumət qurumlarının apardığı fəaliyyətin AAQ-lar tərəfindən audit olunmasının əhəmiyyətini vurğulamış, bu baxımdan Asiya regionu üçün aktual olan ətraf mühit auditi üzrə görülmüş işlər və qarşıda duran planlar barəsində məlumatlarla bölüşüblər.

ASOSAI-ın XIV Assambleyası çərçivəsində Azərbaycan Hesablama Palatasının sədr müavini Adil Məhərrəmov Vyetnamın ali rəhbərliyinin nümayəndə heyətləri rəhbərləri ilə keçirdiyi görüşdə iştirak edib.

Assambleyanın ikinci plenar iclasında keçirilmiş seçkilər nəticəsində İndoneziya, Rusiya, Küveyt, Banqladeş və Nepal AAQ-ları İdarə Heyətinə, Türkiyə və Qazaxıstan AAQ-ları isə Audit Komitəsinə üzv seçilib, ASOSAI təşkilatına yeni üzvün - Fələstin AAQ-nın qəbul olunması elan edilib.

XIV assambleyanın yekun sənədi olaraq Xanoy bəyannaməsi qəbul edilib, növbəti, XV Assambleya 2021-ci ildə Tailandda keçiriləməsi qərara alınıb. 

44 filmi