"Expressbank" Vətən Müharibəsi iştirakçılarının övladları üçün tədbir keçirib
- 04 iyun, 2025
- 17:39
Yeniliklərdən dərhal xəbərdar olun!
"Expressbank" ASC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 44 Günlük Vətən Müharibəsi şəhidlərinin və qazilərinin övladlarını bir araya toplayıb.
Bank Vətən Müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsinin 5-ci ildönümünə həsr olunan “Suverenliyin varisləri” adlı korporativ sosial məsuliyyət layihəsi çərçivəsində Şəhid və qazilərin övladları üçün əyləncəli və maarifləndirici tədbir təşkil edib.
Tədbir Şəhidlərimizin ruhuna ehtiram bildirən bir dəqiqəlik sükut və ardınca Dövlət Himni ilə başlayıb.
Layihə çərçivəsində uşaqlar üçün rəngarəng əyləncə proqramı və maarifləndirici seminar keçirilib. Belə ki, Bankın Korporativ Hüquq şöbəsinin rəhbəri Hafiz Bədəlov tədbir iştirakçılarına “Uşaq hüquqları” və “Uşaq hüquqlarının müdafiəsi yolları” haqqında ətraflı məlumat verib.
Tədbirin yekununda uşaqlara müxtəlif hədiyyələr, habelə milli-mənəvi dəyərlər mövzusunda maarifləndirici kitab dəsti hədiyyə edilib.
Tədbirdə 100-ə yaxın iştirakçı olub.
"Expressbank" hər zaman dövlətimizin mövqeyini örnək götürərək Şəhid övladlarına yönəlik tədbirlərdə aktiv dəstək göstərib. Belə ki, ötən ilin oktyabr ayında YAŞAT fondunun İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə birgə həyata keçirdiyi “Xeyriyyə Yarmarkası”nda şəhid övladlarının təhsili üçün 30 000 AZN ianə edib.
#HumanRightsMonth #İnsanHüquqlarıAylığı