Elman Rüstəmov: "Valyuta ehtiyatlarının artması üçün neftin qiyməti əsas amildir"
Maliyyə
- 12 fevral, 2018
- 08:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 12 fevral. REPORT.AZ/ “Dünya bazarında neftin qiymətinin dövlət büdcəsində proqnozlaşdırılmış 45 dollar/barel səviyyəsində qalması imkan verir ki, ölkənin tədiyyə balansı müsbət olsun, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları isə artsın”.
“Report” xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov deyib.
“AMB-nin valyuta ehtiyatlarının artması üçün neftin qiyməti əsas amildir. Hazırda qiymət yüksəkdir. Üstəlik, yeni neft müqaviləsi ilə əlaqədar Azərbaycana bonusların da ödənilməsinə başlanılıb. Deyə bilərəm ki, 2018-ci ildə valyuta ehtiyatlarımızdakı artım 2017-ci ildəkindən az olmayacaq”, - deyə baş bankir qeyd edib.
Son xəbərlər
05:05
Tramp: ABŞ İranın infrastrukturunu məhv etmək niyyətində deyil
Digər ölkələr
04:39
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
Region
04:08
Böyük Britaniyada təxminən 20 000 əcnəbi cinayətkarı deportasiya gözləyir
Digər ölkələr
03:49
Serbiya parlamentinin sədri "Tələbə Siyahısı" hərəkatı nümayəndələrini dialoqa çağırıb
Digər ölkələr
03:27
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
Digər ölkələr
03:20
Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur
Digər ölkələr
02:57
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
Digər ölkələr
02:23
"Barselona" La Liqanın XII turunda "Atletiko"nu məğlub edib
Futbol
01:44
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb
Digər ölkələr