Dünya Bankı Azərbaycanın iqtisadi perspektivləri üçün riskləri açıqlayıb
- 16 may, 2022
- 14:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya-Ukrayna müharibəsi və “COVID-19”la bağlı Çində karantin və qlobal maliyyə şərtlərinin sərtləşməsi Azərbaycanın gələcək iqtisadi perspektivlərinə mənfi təsir edə bilər.
“Report” xəbər verir ki, bu barədə Dünya Bankının (DB) aylıq iqtisadi bülleteninin may sayında deyilir.
“Mayın əvvəlinə qədər qlobal iqtisadi vəziyyət pisləşməyə davam edib və bu, iqtisadi perspektivdə azalma riski yaradıb. Ukraynadakı müharibə, Çində “COVID-19” kilidlənməsi və qlobal maliyyə şərtlərinin sərtləşdirilməsinin qlobal və regional fəaliyyətə təzyiq göstərəcəyi və əmtəə qiymətlərini (ərzaq qiymətləri daxil olmaqla) artıracağı gözlənilir”, - bülletendə deyilir.
“Bu ilin I rübündə qeyri-enerji sektorunun öncülük etdiyi iqtisadi artım güclü olaraq qalıb. Azərbaycan iqtisadiyyatı mart ayında illik müqayisədə 7 % artıb. O cümlədən enerji sektoru illik 0,4 %, qeyri-enerji sektoru isə 10,6 % böyüyüb.
Bu isə, bu ilin I rübündə Azərbaycan iqtisadiyyatında kumulyativ artımı illik 6,8 %-ə, qeyri-enerji sektorunda artım isə 10,3 %-ə çatıb.
İlk 3 ayda iqtisadi genişləmə qeyri-neft/qaz istehsalı (illik 16,4 % artım) və xidmətlər, o cümlədən qonaqpərvərlik (illik ilə müqayisədə 2 dəfədən çox), nəqliyyat (20,5 % artım), İKT (illik 14,7 % artım) və pərakəndə ticarət (illik 4 % artım) hesabına geniş miqyasda həyata keçirilib.
İnşaat sektoru fevral və mart aylarında da böyüyüb və sektor 2022-ci ilin I rübündə illik 5,6 % artıb. Hesabat dövründə kənd təsərrüfatında artım əvvəlki iilin eyni dövrü ilə müqayisədə 3,4 % artıb.
Azərbaycan iqtisadiyyatına yatırılan investisiyalar fevral ayında illik 6 %-lik kiçik bir artımdan sonra mart ayında illik 19 % azalma davam edib. Bu ilin I rübündə isə investisiyalar illik müqayisədə 9,5 % azalıb, bu da, ilk növbədə enerji sektoruna özəl xarici investisiyaların azalması hesabına baş verib.
İqtisadi artım, debet və kredit kartı əməliyyatları üzrə məlumatların göstərdiyi kimi istehlakla dəstəklənib (2022-ci ilin birinci rübündə illik 41,7 % artım)”, -hesabatda deyilir