Dünya Bankı: 2029-cu ilə qədər Azərbaycanda büdcənin 61 %-i qeyri-neft-qaz sektorundan formalaşacaq

Maliyyə
  • 09 iyul, 2026
  • 11:29
Dünya Bankı: 2029-cu ilə qədər Azərbaycanda büdcənin 61 %-i qeyri-neft-qaz sektorundan formalaşacaq

2029-cu ilədək Azərbaycanın dövlət büdcəsi gəlirlərinin 61 %-nin qeyri-neft sektorunun hesabına formalaşdırılması nəzərdə tutulur.

"Report" xəbər verir ki, Dünya Bankının Cənubi Qafqaz üzrə baş iqtisadçısı Vael Mansur Bakıda keçirilən "İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, bu hədəf ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində mühüm dönüş nöqtəsidir: "Dövlət xərclərinin nominal ifadədə illik orta hesabla 2,3 % artacağı proqnozlaşdırılır. Bununla belə, real ifadədə xərclərdə cüzi azalma gözlənilir ki, bu da hökumətin fiskal intizam siyasətini əks etdirir. Ehtiyatlı fiskal və makroiqtisadi siyasət bazarlarda etimadı artırır, ölkənin risk göstəricilərini yaxşılaşdırır, kredit aktivliyini və birbaşa xarici investisiyaları dəstəkləyir".

44 filmi