"CPM-İnvest İnvestisiya Şirkəti"nin səhmdarlarının yığıncağı keçiriləcək

Maliyyə
  • 15 iyul, 2026
  • 11:07
CPM-İnvest İnvestisiya Şirkətinin səhmdarlarının yığıncağı keçiriləcək

Avqustun 25-də, saat 11:00-da "CPM-İnvest İnvestisiya Şirkəti" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq investisiya şirkətinin Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, 82 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "CPM-İnvest"in yarım illik maliyyə və idarəetmə hesabatlarının təsdiq edilməsi daxildir.

Xatırladaq ki, "CPM-İnvest" 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 800 min manatdır. İnvestisiya şirkətinin səhmdarı Kəmalə Məmmədovadır.