"Bank of Baku"nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Maliyyə
  • 03 noyabr, 2026
  • 16:40
Bank of Bakunun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən "Bank of Baku" ASC növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib.

Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbdə təşkil etdiyi tədbirdə 100-ə yaxın şagird iştirak edib. İki mərhələdən ibarət olan tədbirdə ilk olaraq məktəblilərə maliyyə savadlılığı mövzusunda təlim keçirilib.

Bankın KOB Bankçılıq departamentinin direktor müavini İsmayıl Məmmədov məktəblilərə pulun yaranma tarixi, ondan səmərəli istifadə yolları, əsas maliyyə anlayışları, eləcə də nağdsız ödənişlər zamanı təhlükəsizlik qaydaları barədə məlumat verib.

İkinci mərhələdə isə Şirvan şəhərinin 4 məktəbini təmsil edən ümumilikdə 25 şagird komandalar şəklində maliyyə savadlılığı mövzusundakı intellektual yarışda iştirak ediblər. Yarışın sonunda bank tərəfindən qaliblər, eləcə də bütün yarış iştirakçıları hədiyyələr və sertifikatlarla mükafatlandırılıblar.

Tədbir çərçivəsində 10 nömrəli məktəbin kitabxanasına ibtidai sinif şagirdləri üçün nəzərdə tutulan "Bank of Baku"nun Azərbaycan Banklar Assosiasiyası, "AzFina" və "VISA" ilə birgə əməkdaşlıq çərçivəsində ərsəyə gətirdiyi "Ömərin ödəniş kartı ilə tanışlığı" kitabça da hədiyyə edilib. Nəşrin məqsədi uşaqların ödəniş kartları və maliyyə anlayışları ilə erkən yaşlardan tanışlığına dəstək olmaqdır.

Qeyd edək ki, "Bank of Baku" maliyyə savadlılığı ilə əlaqədar uşaqlarla yanaşı, yaşlı insanlar, sahibkar qadınlar üçün də təlimlər həyata keçirib. Bank maliyyə savadlılığını sosial məsuliyyət fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edir.

"Bank of Baku"nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

44 filmi