“Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” dəyişib
- 05 oktyabr, 2023
- 06:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər edib.
“Report” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə manatla verilmiş və qeyri-işlək hissəsi ümumi portfelin 5 %-nə qədər olan biznes kreditlərinin dövlət və yaxud AMB tərəfindən təmin olunmuş hissəsi bankların balans aktivlərinin risk qrupundan çıxarılıb.
Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin təminatı ilə verilmiş və qeyri-işlək hissəsi ümumi portfelin 12 %-nə qədər olan hissəsini təşkil edən mikrokreditlərin təmin edilmiş hissəsi Agentliyin balans aktivlərinin risk qrupundan çıxarılıb.
AMB-nin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.