“Azsığorta”nın keçmiş sədri “Meqa Həyat Sığorta”nın rəhbərliyinə gətirilib
Maliyyə
- 20 dekabr, 2019
- 13:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azsığorta” ASC-nin İdarə Heyətinin (İH) keçmiş sədri Anar Talıbov bu ilin sentyabr ayında yaradılmış və hələ lisenziya almamış “Meqa Həyat Sığorta” ASC-nin İH-nin sədri təyin edilib.
“Report” xəbər verir ki, o, bu vəzifədə Hamlet Qarayevi əvəz edib.
Xatırladaq ki, A.Talıbov elə sentyabrda “Azsığorta”dakı vəzifəsindən azad edilərək şirkətin Direktorlar Şurasına üzv seçilmişdi.
Nizamnamə kapitalı 11 milyon manat olan “Meqa Həyat Sığorta”nın təsisçisi 100% “Meqa Sığorta” ASC-dir. Hər iki şirkət eyni hüquqi ünvanda - Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 19-da dövlət qeydiyyatına alınıb.
Son xəbərlər
11:01
Xidməti pasport verilməsi və yaxud dəyişdirilməsi üçün dövlət rüsumu alınacaq
Maliyyə
11:01
Azərbaycanda bəzi hallarda sürücülük vəsiqəsi dövlət rüsumu alınmadan dəyişdiriləcək
Maliyyə
11:00
Nazirlər Kabinetinin saxlanılması xərcləri 33 %-dən çox artırılır
Maliyyə
11:00
Milli Məclisin saxlanılması xərcləri 39 % artırılır
Maliyyə
11:00
"İrşad"da Zəfər Gününə özəl "Şad Günlər" kampaniyası başlayır!
Biznes
10:58
Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm başlayır
Komanda
10:57
Aygün Əliyeva: QHT-lərə dövlət dəstəyi sistemi müasir çağırışlara uyğun və nəticəyönümlü olmalıdır
Daxili siyasət
10:55
Lu Mey: Azərbaycan və Çinin münasibətləri dinamik inkişaf edir
Xarici siyasət
10:55
Ermənistan və Britaniya 2026-2027-ci illər üçün müdafiə əməkdaşlığı proqramını razılaşdırıb
Region