"Azərsığorta"da Ləğvetmə Komissiyası yaradılır
Maliyyə
- 12 fevral, 2024
- 12:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin “Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta” ASC-nin fəaliyyətinin təşkili haqqında” 16 iyul 2022-ci il tarixli fərmanını ləğv etməsi ilə əlaqədar yeni sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncama əsasən, "Azərsığorta"da mülki qanunvericiliyin tələblərinə uyğun olaraq 5 gün müddətində Maliyyə Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrindən ibarət tərkibdə Ləğvetmə Komissiyası yaradılmalıdır.
Holdinq Komissiyada təmsil olunacaq nümayəndəsi barədə təkliflərini 3 gün müddətində nazirliyə təqdim etməlidir.
Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.
Son xəbərlər
07:17
Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında tanker hücuma məruz qalıb
Digər ölkələr
06:48
Britaniya yeni döyüş gəmilərinin istehsalını sürətləndirməyi nəzərdən keçirir
Digər ölkələr
06:17
ABŞ İrana mümkün zərbələr üçün İsraildə onlarla yanacaqdolduran təyyarə yerləşdirib
Digər ölkələr
05:44
Rusiya FHN-nin mobil tətbiqi kiberhücuma məruz qalıb
Region
05:08
Çin Afrikaya müasir silahların tədarükünü genişləndirir
Digər ölkələr
04:39
Serbiyada təkrar parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Digər ölkələr
04:13
İsrail Prezidenti partiya liderləri ilə məsləhətləşmələrə başlayacaq
Digər ölkələr
03:42
Ukrayna sakinlərinə nüvə təhlükəsi ilə bağlı bildiriş göndərilib
Digər ölkələr
03:27
Tramp: ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır
Digər ölkələr