Azərbaycanın turizm xidmətləri balansında ötən il 438 milyon dollarlıq profisit yaranıb

Maliyyə
  • 17 mart, 2026
  • 13:35
Azərbaycanın turizm xidmətləri balansında ötən il 438 milyon dollarlıq profisit yaranıb

2025-ci ildə Azərbaycanın qarşılıqlı turizm xidmətləri dövriyyəsinin dəyəri 3 milyard 529,8 milyon ABŞ dolları təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 3,1 % azdır.

Hesabat dövründə turizm xidmətləri üzrə balans profisitli olub, ixracın dəyəri təxminən 1 milyard 983,9 milyon ABŞ dolları olmaqla 1 milyard 545,9 milyon dollarlıq idxalı üstələyib, nəticədə turizm xidmətləri üzrə 438 milyon dolları profisit yaranıb.

Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 15,3 %, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 15 % artıb.

Xarici ölkələrin Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyərinin 74,9 %-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).