Azərbaycanın nəhəng logistika mərkəzinin xalis mənfəəti təxminən 48 % artıb

Maliyyə
  • 14 sentyabr, 2023
  • 14:02
Azərbaycanın nəhəng logistika mərkəzinin xalis mənfəəti təxminən 48 % artıb

“Abşeron Logistika” MMC 2022-ci ili 2,935 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 47,6 % çoxdur.

Ötən il “Abşeron Logistika”nın işlərin görülməsi və xidmətlərin göstərilməsindən gəliri 32,721 milyon manat (illik müqayisədə 35,4 % çox), amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəliri 2 min manat (əvvəlki il olmayıb), əmlakın icarəyə verilməsindən gəliri 934 min manat (63 % çox), dividend gəliri 372 min manat (1,4 % çox), digər gəlirləri 74 min manat (əvvəlki il olmayıb). təşkil edib.

Şirkətin ümumi gəlirindən çıxılmalar 372 min manat (1,4 % çox), satışın maya dəyəri üzrə xərcləri 28,301 milyon manat (35,9 % çox), inzibati xərcləri 380 min manat (8 % az), əsas vəsaitlərin silinməsindən xərci 68 min manat (əvvəlki il olmayıb), icarə xərcləri 277 min manat (23,7 % az), yanacaq xərcləri 174 min manat (0,08 % çox), təmir xərcləri 219 min manat (3,7 dəfə çox), bank xidmətləri üzrə xərcləri 82 min manat (12,3 % çox), reklam xərcləri 35 min manat (75 % çox), digər vergi xərcləri 255 min manat (12,3 % çox), digər xərcləri 315 min manat (67,6 % çox), mənfəət vergisi ödəmələri isə 691 min manat (66,5 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə Abşeron Logistika Mərkəzinin aktivləri 25,345 milyon manat olub ki, bu da, illik müqayisədə 0,7 % çoxdur. Hesabat dövründə mərkəzin öhdəlikləri 10,3 % azalaraq 19,144 milyon manata, balans kapitalı isə 62,6 % artaraq 6,201 milyon manata çatıb.

Xatırladaq ki, Abşeron Logistika Mərkəzi 13 avqust 2018-ci ildə fəaliyyətə başlayıb. Mərkəz, Azərbaycanın paytaxtı Bakı şəhərinin Qaradağ rayonunda - Lökbatan qəsəbəsində yerləşir. Abşeron Logistika Mərkəzinin nəzdində fəaliyyət göstərən “Abşeron” yük dəmir yolu stansiyasına “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 548 004 beynəlxalq stansiya kodu verilib.

65,7 ha ərazini əhatə edən mərkəzdə konteyner, vaqon, gömrük, broker, terminal, saxlanma, ofis icarəsi, nəqliyyat və 3PL xidmətləri göstərilir. İdxal-ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir.

Yaradılmış bir pəncərə sistemi ilə yüksək səviyyəli və operativ xidmət göstərilir. Bu sistemin əsas məqsədi ayrı-ayrı məntəqələrdə göstərilən bir sıra xidmətlərin bir nöqtədən həyata keçirilməsi və bununla da vaxta qənaət edərək xərclərin azaldılmasıdır.

44 filmi