Azərbaycanın metal məmulatları istehsalçısının səhmdarlarının yığıncağı keçiriləcək
- 19 oktyabr, 2023
- 07:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Noyabrın 29-u, saat 11:00-da Azərbaycanın metal məmulatları istehsalçısı "AzeSteelCompany" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stansiya döngəsi, ev 1 ünvanında olacaq.
Yığıncağın gündəliyi açıqlanmayıb.
Xatırladaq ki, “AzeSteelCompany” 2003-cü ildə "Ekspress-C" adı ilə yaradılıb, 2022-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,355 milyon manatdır. Şirkətin səhmlərinin 65,1 %-i "Azfinance İnvestisiya Şirkəti" QSC-yə, 19,8 %-i Cəmaləddin İsmayılova, 4,8 %-i Aysel Səfərəliyevaya, 3,3 %-i Ömər Hüseynova, 7 %-i isə Kənan Ağayevə məxsusdur. Səhmdar cəmiyyəti metal məmulatlarının istehsalı ilə məşğuldur.