Azərbaycanın kollektor agentliyi kredit almaq istəyir
Maliyyə
- 21 iyun, 2023
- 05:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İyulun 20-də, saat 11:00-da Azərbaycanın kollektor agentliyi - “BOA Agency” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 36D (4-cü mikrorayon) ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin “Xalq Bank” ASC-yə kredit müraciətinin təsdiq edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “BOA Agency” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4 min manatdır. Şirkətin səhmlərinin 50 %-i Yadulla Yusifova və 50 %-i isə Rüstəm Hacıyevə (ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu) məxsusdur.
Son xəbərlər
11:03
Lu Mey: "Çin Azərbaycana idxalda ən böyük tədarükçü olaraq mövqeyini qoruyur"
Xarici siyasət
11:02
Azərbaycan əməyin ödənişi xərclərini 16 % artırır
Maliyyə
11:02
Azərbaycan əcnəbilər üçün bir sıra dövlət rüsumları müəyyən edir
Maliyyə
11:01
Xidməti pasport verilməsi və yaxud dəyişdirilməsi üçün dövlət rüsumu alınacaq
Maliyyə
11:01
Azərbaycanda bəzi hallarda sürücülük vəsiqəsi dövlət rüsumu alınmadan dəyişdiriləcək
Maliyyə
11:00
Nazirlər Kabinetinin saxlanılması xərcləri 33 %-dən çox artırılır
Maliyyə
11:00
Milli Məclisin saxlanılması xərcləri 39 % artırılır
Maliyyə
11:00
"İrşad"da Zəfər Gününə özəl "Şad Günlər" kampaniyası başlayır!
Biznes
10:58
Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm başlayır
Komanda