Azərbaycanın beyin mərkəzi SESRIC ilə Anlaşma Memorandumu imzalayıb
- 22 noyabr, 2023
- 06:22
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi (SESRIC) arasında Anlaşma Memorandumu imzalanıb.
“Report” xəbər verir ki, Memorandumu İİTKM-in icraçı direktoru Vüsal Qasımlı və SESRIC-in Baş direktoru, Türkiyənin sabiq ailə, əmək və sosial xidmətlər naziri Zehra Zümrüt Selçuk imzalayıblar.
V.Qasımlı Azərbaycanın beyin mərkəzləri ilə SESRIC arasında əməkdaşlığın daha da inkişaf edəcəyini bildirib.
O, İƏT-ə üzv ölkələrin tədqiqat qurumları ilə birgə fəaliyyətlərin aparılmasının perspektivlərini qeyd edib.
"2022-ci ildə İslam ölkələrinin iqtisadiyyatı 10 % artıb. Turizm sektoru istisna olmaqla, İslam iqtisadiyyatında müxtəlif sektorlar üzrə xərclər koronavirus (COVID-19) pandemiyasından əvvəlki səviyyəyə çatıb. Bu xərclərin 2025-ci ilə qədər 2,8 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır", - deyə V.Qasımlı əlavə edib.