Azərbaycanda müflis sığorta şirkətləri üzrə həyata keçirilən ödənişlərin həcmi açıqlanıb

Maliyyə
  • 30 oktyabr, 2026
  • 17:56
Azərbaycanda müflis sığorta şirkətləri üzrə həyata keçirilən ödənişlərin həcmi açıqlanıb

İcbari Sığorta Bürosu (İSB) Zəmanət fondu kimi indiyədək müflis elan edilən sığorta şirkətləri üzrə 5,796 milyon manat ödəniş həyata keçirib.

"Report" xəbər verir ki, bunu İSB-nin Biznesin inkişafı departamentinin rəhbəri Xanım Camalova "İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının yaranmasının 15 illiyi" ilə bağlı tədbirdə deyib.

Onun sözlərinə görə, bunun 5,485 milyon manatı "Standard İnsurance" sığorta şirkəti üzrə, 311 min manatı isə "Alfa Sığorta" şirkəti üzrə ödənilib.

Xatırladaq ki, "Standard İnsurance" 29 iyul 2020-ci ildə, "Alfa Sığorta" isə 26 avqust 2016-cı ildə ləğv edilib.

44 filmi