"Azərbaycan Kredit Bürosu"nda lizinq şirkətləri ilə görüş keçirilib

Maliyyə
  • 06 dekabr, 2018
  • 05:58
Azərbaycan Kredit Bürosunda lizinq şirkətləri ilə görüş keçirilib

Bakı. 6 dekabr. REPORT.AZ/ "Azərbaycan Kredit Bürosu" MMC-də (AKB) ölkədə fəaliyyət göstərən lizinq şirkətləri ilə görüş keçirilib. 

"Report" bu barədə şirkətə istinadən xəbər verir. 

Məlumata görə, tədbiri giriş sözü ilə açan AKB-nin baş direktoru Elçin Həbibov iştirakçılara Büronun xidmətləri və lizinq təşkilatları ilə görüləcək işlər barədə məlumat verib. 

Görüşdə AKB-nin əməkdaşları Büronun xidmətləri, bu sahədə qabaqcıl təcrübələr və lizinq şirkətlərinin Büroya inteqrasiyası ilə bağlı təqdimatlar edib. Yekunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

44 filmi