Azərbaycan biznesinə IsDB Qrupunun alətlərindən daha fəal istifadə təklif olunub

Maliyyə
  • 17 iyun, 2026
  • 15:54
Azərbaycan biznesinə IsDB Qrupunun alətlərindən daha fəal istifadə təklif olunub

Azərbaycan və İslam İnkişaf Bankının (IsDB) digər iştirakçı ölkələrinin biznes dairələrinə regional və dünya bazarlarına çıxmaq üçün IsDB Qrupunun maliyyə və sığorta alətlərindən daha fəal istifadə etmək tövsiyə olunur.

"Report" xəbər verir ki, bu barədə İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş direktoru, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) baş direktorunun səlahiyyətlərini icra edən Xalid Xalafalla Bank Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində IsDB Qrupunun özəl sektor üzrə 14-cü forumu zamanı jurnalistlərə bildirib.

"Mən Azərbaycanın və digər iştirakçı ölkələrin işgüzar dairələrini xidmətlərimizə müraciət etməyə çağırıram. Onlar həm daxili, həm də qlobal səviyyələrdə sahibkarlığın inkişafına kömək edir", - X.Xalafalla vurğulayıb.

44 filmi