“Azər-Türk Bank”ın mətbuat katibi işdən çıxıb
Maliyyə
- 09 yanvar, 2017
- 12:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 yanvar. REPORT.AZ/ “Azər-Türk Bank” ASC-nin mətbuat katibi Nəsimi Cəfərli öz istəyi ilə vəzifəsindən azad edilib.
Bu barədə “Report”a bankdan bildirilib.
Məlumata görə, onun yerinə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) keçmiş mətbuat katibi Rauf Ağayevin təyin ediləcəyi gözlənilir.
Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Səhmlərin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.
Son xəbərlər
19:11
Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər
Hərbi
19:05
Azərbaycanın sağlamlıq turizmi "Kurort" QSC tərəfindən Özbəkistanda təbliğ edilib
Turizm
19:02
Azərbaycan Yunanıstana təbii qaz ixracını 18 %-dən çox artırıb
Energetika
18:59
Rusiya İrandan Rəşt-Astara dəmir yolu üçün torpağın satın alınmasının təsdiqini gözləyir
Region
18:52
Video
BTQ: Parisdə polis bir kanakı amansızcasına döyüb
Xarici siyasət
18:43
Foto
TÜRKPA Qadın Parlamentarilər Qrupunun 5-ci iclası keçirilib
Xarici siyasət
18:40
Foto
"Borussiya" Bakı Olimpiya Stadionunda "Sabah"la oyunöncəsi son məşqinə çıxıb
Futbol
18:38
Sudanda avtovağzala PUA zərbəsi nəticəsində 80-ə yaxın insan ölüb
Digər ölkələr
18:30
Bolqarıstan 2027-ci ilin yazında nəqliyyat bağlantısı üzrə sammit keçirməyi təklif edir
İnfrastruktur