Aydın Mirzəzadə: "Azərbaycanda kraudfandinq üzrə ixtisaslaşmış mərkəzin yaradılmasına ehtiyac var"

Maliyyə
  • 07 iyul, 2026
  • 12:58
Aydın Mirzəzadə: Azərbaycanda kraudfandinq üzrə ixtisaslaşmış mərkəzin yaradılmasına ehtiyac var

Azərbaycanda kraudfandinq üzrə xüsusi mərkəz yaradılmalıdır.

"Report" xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə Milli Məclisin bugünkü plenar iclasında "Kraudfandinq haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, dünyada kiçik sahibkarlığın inkişafına dəstək verən uğurlu maliyyə alətlərinin Azərbaycanda tətbiqi mühüm addımdır.

"Bu, qeyri-neft sektorunun inkişafına ciddi töhfə verəcək. Eyni zamanda, xüsusilə gənclərin öz biznesini qurması üçün əlverişli imkanlar yaradacaq", - A. Mirzəzadə qeyd edib.

Deputat əlavə edib ki, gələcəkdə qanunun yaratdığı imkanlardan səmərəli istifadə olunması məqsədilə Azərbaycanda kraudfandinq üzrə ixtisaslaşmış xüsusi mərkəzin yaradılmasına ehtiyac var.

A.Mirzəzadə hesab edir ki, qanun layihəsinin dili kifayət qədər mürəkkəbdir, mətn boyunca akademik və hüquqi terminlərdən geniş istifadə olunub:

"Hər hansı sahibkar, xüsusilə startap və ya kiçik biznes nümayəndəsi bu qanundan yararlanmaq istəsə, onun tələblərini başa düşmək üçün hüquqşünasın köməyinə ehtiyac duyacaq. Buna görə də qanun layihəsinin daha sadə və anlaşıqlı dildə hazırlanmasını təklif edirəm".

44 filmi