ARDNF-nin portfelində yüksək reytinqli investisiya alətlərinin payında dəyişikliklər olub
- 23 iyul, 2026
- 15:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelində "AAA" reytinqli aktivlərin payı 28 % səviyyəsində qeydə alınıb.
Bu barədə "Report" Fonda istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin iyulun 1-nə nisbətən 7,5 faiz bəndi yüksəkdir.
Bununla yanaşı, portfeldə "AA" reytinqli alətlərin xüsusi çəkisi 46,4 %-dən 34,4 %-ə geriləyib, "A" reytinqli alətlərin xüsusi çəkisi isə 19,1 %-dən 25,3 %-ə artıb.
"BBB" reytinqli alətlərin payı 12,6 %-dən 11,5 %-ə enib, qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisi isə 0,4 %-dən 0,8 %-ə qalxıb.
Bu il iyulun 1-nə ARDNF-in investisiya portfelinin ümumi dəyəri 72 milyard 595,1 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən il iyulun 1-i ilə müqayisədə 9,1 % çoxdur. Hesabat tarixinə Fondun aktivləri isə 72 milyard 596 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 9,1 % çoxdur.