"Alibaba"nın sahibi ötən gün 2,8 mlrd. dollar qazanıb
Maliyyə
- 09 iyun, 2017
- 12:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 iyun. REPORT.AZ/ Çinin onlayn ticarət şirkəti - "Alibaba Group Holding"in səhmləri ötən gün 13% bahalaşıb.
"Report" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, buna səbəb şirkətin gəlirinin kəskin artacağı ilə bağlı verilmiş proqnozlar olub.
Son nəticədə "Alibaba"nın bazar dəyəri 42 mlrd. ABŞ dollarına çatıb, onun sahibi Cek Manın varidatı isə 2,8 mlrd. dollar artıb. İlin əvvəli ilə müqayisədə isə artım 8,5 mlrd. dollardır.
"Bloomberg" agentliyi Cek Manın dünyanın ən zəngin 14-cü adamı olduğunu bildirir. Qeyd edək ki, "Alibaba" Çinin elektron ticarət bazarında 80% paya malikdir. Onun ən məşhur platforması "Taobao" adlanır.
Son xəbərlər
09:13
Azərbaycan Premyer Liqasında XI tura start verilir
Futbol
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.11.2026)
Maliyyə
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.11.2026)
Maliyyə
08:52
Video
Türkiyədə keçirilən əməliyyatlarda 12 nəfər saxlanılıb
Region
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media