Afrika İnkişaf Bankı şəhər inkişafı üçün özəl investorların cəlb edilməsi planlarını açıqlayıb
- 20 may, 2026
- 15:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Çoxtərəfli inkişaf bankları Afrika qitəsindəki şəhər layihələrinin maliyyələşdirilməsinə özəl sektoru cəlb etməyə hazır olduqlarını bildirirlər.
"Report" xəbər verir ki, bu barədə Afrika İnkişaf Bankının İnfrastruktur və şəhər inkişafı departamentinin (PICU) direktoru Mayk M.B. Salavo Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Çoxtərəfli İnkişaf Bankları yerli səviyyədə dayanıqlı mənzil təminatını necə dəstəkləyə bilər?" adlı investorların dəyirmi masasında bildirib.
"Çoxtərəfli inkişaf bankları institusional investorların və özəl sektor nümayəndələrinin səfərbər edilməsində kreativ yanaşmaların tətbiqi imkanlarını görürlər", - rəhbər M. Salavo qeyd edib.
Bununla yanaşı, o, tərəfdaşların layihənin həyata keçirilməsinin ən ilkin mərhələlərində daha sıx əməkdaşlığının vacibliyinə diqqət çəkib, bu da maliyyələşdirmənin nəzərdən keçirilməsi və ayrılması prosesində gecikmələrin qarşısını almağa imkan verəcək.
Onun fikrincə, iqtisadiyyatın qeyri-rəsmi sektoru və tənzimlənməmiş torpaq məsələləri əvvəlki kimi şəhər infrastrukturuna maliyyələşdirmənin cəlb edilməsi üçün əsas maneələr kimi çıxış edir.
"Afrika dövlətlərində infrastruktur layihələrinin həyata keçirilməsi şərtləri bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Bir sıra ölkələrdə torpaq mülkiyyətinin həll edilməmiş məsələləri və qeyri-rəsmi iqtisadi sektorun dominantlığı əsas ləngidici amillər olaraq qalmaqda davam edir. Bank bu spesifikanı nəzərə alır və zəruri maliyyələşdirmənin əldə olunması yolunda bu maneələrin aşılmasında onlara kömək edərək, həm milli, həm də submilli institutların dəstəklənməsi üzrə fəal iş aparır", - M. Salavo qeyd edib.