Yüksək Liqa: "Murov" və "Neftçi" növbəti qələbələrini qazanıb
Komanda
- 18 aprel, 2022
- 13:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XIX turun oyunları keçirilib.
"Report"un məlumatına görə, turun hər iki qarşılaşması “Murov” Voleybol Klubunun idman zalında təşkil olunub.
Günün ilk qarşılaşmasında "Murov" "Sərhədçi"yə 3:0 (25:12, 25:8, 25:15) hesabı ilə qalib gəlib. Bu nəticədən sonra xallarını 41-ə çatdıran komanda sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirib. "Sərhədçi" isə 6 xalla 4-cü pillədə qərarlaşıb.
Turun son matçında "Neftçi" "Ekspress"i eyni hesabla üstələyib - 3:0 (25:15, 25:14, 25:23). "Ağ-qaralar" bu qələbə sayəsində xallarını 36-ya çatdırıb və gümüş medalları təmin edib. 6 xalı olan "Ekspress" isə son sırada yer alıb.
Son xəbərlər
12:27
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
Biznes
12:26
Qazaxıstan benzin və neft məhsullarının ölkədən çıxarılmasına qadağanı 2027-ci ilin mayına qədər uzadıb
Energetika
12:23
Sabah yağış yağacaq, şimşək çaxacaq
Ekologiya
12:23
Foto
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
İnfrastruktur
12:20
Azərbaycan millisinin iki oyun üçün heyəti açıqlanıb
Futbol
12:19
Lotereya və mərc oyunlarına alternativ vergi rejimi tətbiq ediləcək
Biznes
12:17
Nicat İmanov: "ƏDV depozit hesablarına müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək"
Biznes
12:16
Əhliman Əmiraslanov: Onkoloji xəstəliklərin də icbari tibbi sığorta ilə qarşılanması son dərəcə vacibdir
Sağlamlıq
12:14
"Mingəçevir" 3000 manat cərimələnib, komandaya texniki məğlubiyyət verilib
Futbol