"LANDAU Lions" FIBA Avropa Kubokunda bu gün Türkiyə klubu ilə üz-üzə gələcək

Komanda
  • 28 oktyabr, 2026
  • 09:32
LANDAU Lions FIBA Avropa Kubokunda bu gün Türkiyə klubu ilə üz-üzə gələcək

Azərbaycanın "LANDAU Lions" basketbol komandası FIBA Avropa Kubokunda bu gün Türkiyənin "Denizli Basket" kollektivi ilə üz-üzə gələcək.

"Report"un məlumatına görə, G qrupunun IV turunun oyunu Bakı İdman Sarayında keçiriləcək.

Qarşılaşma saat 20:30-da start götürəcək.

Xatırladaq ki, "LANDAU Lions" əvvəlki üç görüşün hamısında məğlub olub. Erhan Tokerin baş məşqçisi olduğu komanda Danimarkanın "Bakken Birs" (88:91), İsveçrənin "Lions de Geneve" (83:105), Slovakiyanın "Prievidza" klubuna (84:108) uduzub.