Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında finalçılar müəyyənləşib
Komanda
- 18 aprel, 2025
- 20:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında finalçılar müəyyənləşib.
"Report" xəbər verir ki, "Azərreyl” və "Xilasedici" kollektivlərinin görüşündə birincilər həlledici mərhələyə yüksəlib.
İlk yarımfinal oyununda 3:0 hesabı ilə qalib gələn "Azərreyl" ikinci matçda 1:3 hesabı ilə uduzub. Bu səbəbdən cütün taleyi "qızıl" setdə həll olunub. Burada rəqibini üstələyən (15:13) Boris Qrebennikovun rəhbərlik etdiyi kollektiv adını finala yazdırıb.
Həlledici mərhələyə digər vəsiqəni isə "Murov Az Terminal" kollektivi əldə edib. Birinci yarımfinal qarşılaşmasında "Neftçi"yə 3:0 hesabı ilə qalib gələn paytaxt təmsilçisi ikinci görüşdə də eyni hesablı qələbəyə sevinib.
Son xəbərlər
10:08
Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb
Fərdi
10:07
"Bank Respublika" və "AccessBank" strateji əqdin uğurla başa çatdığını elan ediblər
Maliyyə
10:05
Maiko Utixara: Azərbaycan regionda mühüm diplomatik rol oynaya bilər
Xarici siyasət
10:05
Foto
Video
Çin krossoveri Böyük Britaniyada ən çox satılan avtomobil oldu!
Biznes
09:58
Latviya BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması təşəbbüsü ilə çıxış edib
Digər ölkələr
09:51
İlham Mirzəliyev Yevlaxda vətəndaşları qəbul edəcək
Energetika
09:47
Nikol Paşinyan Brüsselə yollanıb
Region
09:37
Foto
Ramin Məmmədov Şərurda məscidləri ziyarət edib
Din
09:25
"Xilasedici" komandası CEV Çempionlar Liqasında mübarizəyə başlayır
Komanda