Azərbaycan Basketbol Liqasının qalibi olan "Sabah"a çempionluq kuboku təqdim edilib
Komanda
- 05 may, 2026
- 21:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Basketbol Liqasının 2025/2026 mövsümünün qalibi olan "Sabah" mükafatlandırılıb.
"Report" xəbər verir ki, final seriyasının üçüncü oyununda "Abşeron Lions"u məğlub edən "bayquşlar"a çempionluq kubokunu və qızıl medalları gənclər və idman naziri Fərid Qayıbov, həmçinin Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev təqdim ediblər.
Mövsümü ikinci başa vuran "Abşeron Lions" kollektivinin oyunçularına gümüş medallar verilib.
Bundan başqa, "Sabah"ın heyətində Castin Tilman final seriyasının ən dəyərli oyunçusu seçilib və xüsusi mülafata layiq görülüb.
Qeyd edək ki, final seriyasının hər üç oyununda qələbə qazanan (98:93, 112:84, 108:95) "Sabah" 2025/2026 mövsümünün çempionu olub.
Son xəbərlər
08:00
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
Daxili siyasət
07:56
Foto
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - yenilənib
Hadisə
07:55
Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Digər ölkələr
07:05
Kanadada hərbi hissədə güclü yanğın baş verib, xəsarət alanlar var
Digər ölkələr
06:30
NYT: Vaşinqton sülh üçün Rusiya qazının Avropaya tədarükünün bərpasını təklif edib
Digər ölkələr
06:14
Rubio Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı gücləndirmək niyyətindədir
Digər ölkələr
05:33
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Digər ölkələr
05:05
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
Digər ölkələr
04:17
Hindistanda işıqlandırma dirəyinin aşması nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb
Digər ölkələr